·104 syf.····Okunma: 04 Ocak 2026 00:00 Lu Xun
• Ah Q’nun gerçek hikayesi 1/5
• Bir delinin günlüğü 4/5
Qiymətləndirməmi tamamilə ikinci hekayə üzərindən edirəm.
İlk hekayə; Ah Q’nun gerçek hikayesi
Açıqca ilk hekayə kitabın dominant hissəsi olsa da bəyənmədim. Sonunu çox rahatlıqla təxmin etmək olurdu. Düşündüyüm kimi də nəticələndi. Obrqzdan çox zəhləm getdi ki bu da yazıçının çoz yaxşı iş çıxardığını göstərirdi. Rütbələrə həddən artıq çox yer verilmişdi.Həralda o dövr çinliləri üçün bubu oxumaq daha maraqlı olardı.
İkinci hekayə; Bir delinin günlüğü
Kitabı alarkən ilk diqqətimi çəkən mövzuların adları oldu. Sonra isə açıqlaması. Çox möhtəşəm idi. Daha çox oxumaq istəyərdim. Qısa olduğundan tez bitdi.
Yazıçı hamının özünü yemək istədiyini düşünən obrazın gündəliyinin dili ilə yazır. Digər insanlar isə onun dəli olduğuny düşünürlər. Başlanğıcda onun sağaldığını vurğulanır. Mövzu olaraq sətiraltı yamyamların həyatsız insanlar olduğu ancaq başqalarının həyatı ilə qidalandıqları və bunun bir “dəlinin” dili və paranoyası gözündən anlatılır. Amma həmçinin kitabın bəyəndiyim tərəfi olaraq yamyamlığı iki budağa ayırmağı idi. Burada real yamyamlıqdan da olduqca bəhs edilirdi. Aclıq dövründə satılan uşaqlar, tarixi məsələlər, cəzalar və hətta dərman, mistik inanclar kimi mövzulara da toxunulmuşdu.