Gönderi

136 syf.
6/10 puan verdi
İkinci Dünya Müharibəsi dövründə ön cəbhədə ağır fiziki itkilər arxa cəbhədə qalanların mənəvi-psixoloji sarsıntısına səbəb olurdu. Kəndlilərin aclıq, yoxsulluqla mübarizəsi, onların taleyinə düşən sınaqlar XX yüzilliyin 50-ci iilər ədəbiyyatında görkəmli qırğız yazıçısı Çingiz Aytmatovun yaradıcılığında da əks olunub. Ç. Aytmatov əsərlərində şəxsiyyət psixologizminə (qəhrəmanın daxili dünyasına dərin nüfuzetmə) dəfələrlə müraciət etmiş yazıçılar sırasındadır. Bu səbəbdən yazıçının "Ana tarlası" povesti də digər povestləri kimi reallıqların təsviri gücüylə böyük oxucu marağı formalaşdırmışdı. İnsanlıq və xeyirxahlığın vacib dəyərlər kimi təqdim olunması, əbədi həyatın mövcudluğuna inam yazıçının çatdırmaq istədiyi əsas məsələlərdir. Povestdəki hadisələr üç dövrü əhatə edir. Müharibədən əvvəlki dövr, müharibə dövrü və müharibədən sonrakı dövr. Yüksək insani keyfiyyətlərə malik, müdrik, zəhmətkeş ana Tolqonay ahıl yaşlarında torpaqla, tarlayla söhbət edir. Torpaq, əmək və ailəsi onun əsas sevinc mənbəyi idi. Lakin müharibə burağanı və qəddar faşizm onun bütün sevinclərinə son qoyub. Tolqonay ana başına gələn faciələrin öhdəsindən necə gəlir, necə çıxış yolu tapır, bunların hamısı barədə povesti oxuyunca öyrənəcəksiniz. Qeyd: Müharibə dövrünü əks etdirən ədəbi əsərlər haqqında araşdırmalardan birində Ç. Aytmatovun "Ana tarla" povestiylə İsa Hüseynovun (Muğanna) "Saz" povestinin bənzərliyi haqqında oxudum. Bu məlumat diqqətimi çəkdi. Tezliklə öz yazıçımızın da həmin povestini oxumağa qərarlıyam. ‍ Əsərlə bağlı Qırğızfilm kinostusiyasının 1967-ci ildə eyni adlı film də çəkilib. youtube.com/watch?v=3ao0dL7... Xoş mütaliələr! @mumogluceylan
Toprak Ana
Toprak AnaCengiz Aytmatov · Ötüken Neşriyat · 202262.2k okunma
8 views
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.