·480 syf.··Beğendi
···Okunma: 15 Ocak 2026 22:55 Bu kitab məni əsəbləşdirdi, təəccübləndirdi, düşündürdü… və etiraf edim ki, tam ortalarında məni sıxdı və ara verməli oldum. Hətta başqa kitaba keçmişdim.
Amma geri dönüb qaldığım yerdən oxumağa başlayanda nədənsə əvvəlkindən də çox sevdim və sürətlə bitirdim.
Kitab başdan sona toksik münasibətlər və toksik xarakterlərlə dolu idi. Oxuduqca gah əsəbləşirsən(gah əsəbləşirsən, yeri gəlir əsəbləşirsən, bəzən də əsəbləşirsən), gah “bu insan necə belə ola bilər?” deyə düşünürsən. Yazım tərzi fərqlidir, amma axıcıdır. Başlanğıcda kim kimdir, hadisələr kimin dilindən danışılır bunları anlamaq çətin olur. Amma bir az səbr etdikcə hər şey yerli-yerinə oturur və kitab səni içinə çəkir.
Heathcliff obrazını əvvəl sevirdim, amma sonra nifrət etməyə başladım. Sonra yenə tərəddüd etdim… Emily Brontë elə yazır ki, ən toksik obrazın belə altında yatan səbəbləri göstərir. Bir səhifə nifrət edirsən, o biri səhifədə bu nifrət yüngülləşir. “O da insandır, onun da ruhu, qəlbi var” deyə düşünürsən. Amma bir səhifə çevirirsən və yenə deyirsən: yox, empatiya qurmayacam bu murdar xasiyyətli adama.
Catherine isə mənə görə bir az yalnız özünü düşünən, hisslərini düzgün anlaya bilməyən, yanlış qərarlar verib sonra peşman olan bir obraz idi.
Qızı Cathy-i isə mələk kimi idi və onun saf qəlbinin sui-istifadə edildiyini gördükcə yenə əsəbləşirdim. Hətta sonlara doğru onun o çarəsizliyi və hər şeyə dözməsi...
Və Hareton… Cathy və Hareton səhnələri sonlara doğru istədiyim kimi olmağa başlamışdı, kaş onları ayrıca oxumaq mümkün olaydı
Bu kitab rahatlıq üçün yox, emosional olaraq silkələnmək üçün oxunmalıdır. Əsla ağlınızda möhtəşəm romantik klassik oxuyacam deyə başlamayın xəyal qırıqlığı yaşaya bilərsiniz. Travmalarla dolu, sevgi və nifrətin biryerdə olduğu toksik münasibətlərlə çevrili bir hekayədir bu.
Ən sevdiyim isə kitabın estetikası idi, yazılan hava, ətraf mühit, təbiəti...
Duman, külək, boş təpələr, soyuq evlər… oxuyarkən elə bil hava belə sıxır adamı. Sakitlik yoxdur, hər şey oxuyucunu bir az narahat, bir az gərgin edir. Təbiət də bu hekayənin içində yaşayan insanlar kimidir – sərt, kobud və gözlənilməz.