·400 syf.··Beğendi
···Okunma: 12 Ocak 2026 22:58 Martin İden 20 yaşında güclü, qoçaq və təxmini 13 yaşından sonra davamlı olaraq matrosluqla öz həyatını davam etdirən bir gəncdir. Martinin hekayəsi limanda bir neçə avara tərəfindən təklənməyə çalışan Artura kömək etməsi ilə başlayır. Sonrasında Artur onu öz evlərinə yeməyə dəvət edir. Və burada olarkən Martində Arturun bacısı Rufa qarşı indiyə kimi hiss etmədiyi bir məhəbbət hissi oyanır. Amma bu məhəbbətin böyüməsinə ciddi bir maneə var idi. Bu maneə isə Martin və Rufun tamamilə ayrı dünyaların, ayrı zümrələrin insanı olmaqları idi. Ruf varlı, nəcib bir ailənin universiteti bitirməyə yaxın olan bir qızı idi. Martinsə çətinlik və yoxluqla böyümüş bir oğlan idi. Ancaq Martin çox düşündükdən sonra Rufa hiss etdiyi məhəbbətdən dolayı ona layiq olmağa çalışmağı özünə hədəf qoyur. Bu hədəfə isə kitablar oxuyaraq, mədəniyyət qaydalarını öyrənərək başlayır. Əlbəttə, Rufda bu yolda ona müəllimlik edir. Rufunda ona qarşı müəyyən hisslər keçirdiyini görən ata və anası Rufda qadınlıq hisslərini oyandırdığı üçün Martinə minnətdarlıq hissi duyurlar. Hətta bir ara Ruf Martini əhliləşdirilməmiş buldoq da adlandırır. Ruf nə qədər bunun mümkün olmayacağını bilsə də, sonda o da bu məhəbbətə təslim olmağa məcbur qalır. Məcbur qalır qalmağına amma mən elə düşünürəm ki Rufun hissləri elə ana atasının dediyi kimi qadınlıq hisslərinin oyanması idi. Tam olaraq bir məhəbbət deyildi. Və sonrasında Martin bu məhəbbətin gələcəyini daha yaxşı inşa edəbilmək üçün nə edəcəyini düşünür. O şeirlər, hekayələr, oçerklər yazıb jurnallara göndərərək yaxşı qazanacağı fikrinə gəlir, axı böyük yazıçılar yaxşı həyat yaşayırdılar... Bu səbəbdən yazdığı əsərləri jurnallara göndərməyə başlayır. Ancaq yazılarına uzun müddət müsbət cavablar ala bilmir. O öz əsərlərinin çox yaxşı olduğunu bilir amma redaktorların bunu anlamayacaq qədər ağılsız olduğunu düşünür. Bu müddətdə hər zaman o, Rufa öz əsərlərini oxuyaraq onun da fikrini almağa çalışır. Ruf isə üzdə xoş sözlər deyərək Martini bu yoldan çəkindirməyə, hər hansı bir maaşlı işə girib gələcəklərini qurmaq üçün yola gətirməyə çalışır. Martinsə nə qədər uğursuz olsa da bu yoldan dönmür ki dönmür. Və sonda istədiyi uğura qovuşur... Əslində Ruf ona can-i könüldən inanıb həqiqi dəstək versə bəlkə də daha əvvəl bu uğura çata bilərdi... Amma bu uğura çatanda Ruf artıq onu tərk etmişdi, yəni onun bu uğura çatmasına səbəb olan insan. Buna görə də Martin hədəfə çatılmanın verdiyi boşluqda itməyə başlayır. Əvvəl sahib olmadığı hər şeyə sahib olur amma bu boşluq onu tükətməyə başlayır. Və sonda tükənmiş Martin İden özünü əngin dənizin sularına buraxaraq əbədi yuxuya gedir.
Ən sonda zənnimcə gəlinən nəticə budur ki, Martin kimi güclü çalışma əzminə malik olun amma Martin kimi hədəfinizə çatanda səbəb nə olursa olsun zəiflik göstərməyin. Üstünü örtən çirkaba rəğmən, həyat gözəldir...
Ümumi olaraq isə kitabı bəyəndim və sözsüz ki, oxunması vacib olan kitablar sırasında olmalıdır hər kəs üçün.