Puan vermedi·136 syf.··
2026 5. kitabı
2026'da oxuduğum 5-ci kitab, Milan Kuderadan "Mənasızlığın Təntənəsi oldu. Milan Kundera bu əsərini, adından da məlum olduğu kimi bəşəriyyətin ən böyük problemlərindən biri olan "mənasızlıq" hissinə həsr edib. Lakin o bu əsərində, mənasızlığı mənfi bir şey kimi yox, tam əksinə bir qurtuluş kimi görür. Kunderaya görə insan, yalnızca həyatın mənasızlığını dərk edəndən sonra ondan həqiqətən həzz ala bilər. Mənim əsərdə ən bəyəndiyim obraz "Alen" obrazı oldu. Niyəsə bu obraz mənə "Bojack Horseman" dizisindəki Bojack obrazını xatırlatdı. İstər ailəsi, xüsusilədə anası ilə olan keçmişi, istərsə də həyata olan baxış bucağı eynilə Bojack kimi idi. Əsəri tövsiyyə etmirəm. Çünki Kunderanın qələmi hamıya xitab edən cinsdə deyil. Onu yalnızca özünüz həqiqətən istəyəndə oxumalısız.
Mənasızlığın TəntənəsiMilan Kundera · Qanun Nəşriyyatı · 20181,002 okunma
·
12 Gösterim
Yorumlar
Lütfen giriş yapınız.