·152 syf.····Okunma: 18 Ocak 2026 23:27 Kitabın adından dolayı daha psixoloji,elmi əsaslı araşdırma və tədqiqatlara,tutarlı praktikalara əsaslanacağını düşünürdüm... şəxsi inkişaf kitabı imiş. Duyğu və emosiyalar, bunların həyat və seçimlərimizə, davranışlarımıza təsirindən bəhs etsə də o qədər üzdən,səthi yanaşıb ki...Uzun zamandır oxuma listimdə idi və bir baxımdan xəyal qırıqlığı oldu.
Yazarla ortaq yönümüz isə-kitabda Tal Ben Shahar'ın "Happier"kitabını sevdiyini yazıb.)
Söhbət kimi bir kitabdır,bir də başına gələn sıradan hadisələri bəzən o qədər böyüdüb ki, düzdür, yaşadıqları və təcrübəsinə sayğı duyuram,lakin bir an düşündüm,biz yaşadıqlarımızı oturub bunlara danışsaq necə reaksiya verərlər?! :D Yəni,tipik american drama-queen vibe'ı aldım...not sorry
Kitabın ümumən son 1/3 hissəsini daha çox sevdim,yəni bu perfectionism mövzularını araşdırırsınız və maraqlıdırsa, "wow" effect yaratmayacaq,ancaq şəxsi inkişaf yönünü daha çox sevirsinizsə, çox gözləntiyə girmədən,sakincə çayınızı götürüb bir araşdırmacının fikirlərini oxuyum deyirsinizsə sınaya bilərsiniz.
(hər səfərində əksəriyyət şəxsi inkişaf kitablarını bəyənmədiyimi qeyd edirəm, əsas səbəb budur ki, adı üstündə-"şəxsi" inkişaf- personal development, hər kəsin yaşam yolu, seçimləri, olduğu fiziki-psixoloji durum, şərait və digər faktorlar fərqlidir.Və birinin sınadığı,öz inkişafına hər hansı nöqteyi-nəzərdən səbəb olan şeylər nadir hallarda sizinki ilə uyğunlaşa bilər.Yəni şəxsi inkişaf kitablarının əksəriyyəti tək məqsədi biznes və satış məqsədi güdən bir qrup insanın tipikləşdirilmiş cümlələr yığınıdır).
Kitabla qalın!<3