Puan vermedi·250 syf.····Okunma: 08 Ocak 2026 22:51 Ülviyyə xanımın qələmindən çıxan və oxuduğum daha bir maraqlı roman.
Əsərdə ard-arda baş verən cinayətlərin araşdırılması üçün müharibədə iştirak etmiş prokuror Camalov sərhəd rayonlarından birinə təyinat alır.
Bu cinayətlər niyə törədilmişdi? Səbəblər nə idi?
Oxucu bütün roman boyu bu suallara cavab axtarır.
Ailə münasibətləri, qohum-əqrəba arasındakı qısqanclıqlar, varlı-kasıb mövzusu və müharibənin buraxdığı yaralar kitabda geniş şəkildə əksini tapır.
Mövzusu maraqlıdır, lakin hadisələrdə keçmişə aid fləşbəklərin çoxluğu bəzən oxucunu bir qədər yora bilər.
Detektiv sevənlər üçün maraqlı seçimdir.