Məşuq uğrunda çəkilən əzabı sevən aşiqin hekayəsi
Puan vermedi·728 syf.··
Beğendi
·
2026 5. kitabı
·
7 günde okudu
·
Okunma: 19 Ocak 2026 17:35
Tərəddüdlə əlimə aldığım, bitirəndə isə mənə bir ovuc göz yaşı bəxş edən ölümsüz bir roman… Əslinə qalsa, ilk səhifələri oxuyarkən əsəri heç bəyənməmiş , əsas qəhrəmanlardan isə nifrət etmişdim) Kamal və Füsunun arasındakı o hissi sevgidən çox, imkansız birinə duyulan bir arzu olaraq qiymətləndirmişdim. Amma yanılmışam, heç bir şey bu qədər bəsit deyildi. Onların yaşadıqları eşq sağalmayan, daim qanayan bir yaraya bənzəyirdi. İltihab bütün bədənə zərər verdiyi kimi , Kamalla Füsunun sevgisi də özlərinə, sevdiklərinə yalnızca əzab vəd edirdi. Bütün bunlara baxmayaraq, iki sevgilinin dərd içində yaratdıqları xoşbəxt anlar onlara gələcəyə dair ümid dolu xəyallar qurdururdu. 70- ci illərdə İstanbulun sosioloji mənzərəsi, sosyetenin modernləşmək istəyi şərq və qərb müstəvisində işlənərək, aradaki ziddiyyətləri aradan qaldırmaq üçün hələ qət edilməli çox uzun yollar olduğunu göstərirdi. Belə bir zaman dilimində kövrək bir sevgidən çox ifrat aslılıq dərəcəsində Füsuna bağlı olan Kamal cəmiyyətin onu qınaq obyektinə çevirməsini sakitliklə qəbul edir və hətta bütün dedi-qodulara da söykənərək hekayəsini insanlara çatdıracaq bir yazıçı tapır, sonra isə 30 il ərzində topladığı, Füsunla yaşadığı xoş anların şahidi olan əşyalardan ibarət bir muzey açdırır. Hər dəfə o əşyalara toxunduqca o anları yenidən yaşayır… Əsəri dünya ədəbiyyatında təkrarsız edən , həqiqətən də, Məsumiyyət muzeyinin mövcud olmasıdır. Muzeydə olub, ordakı eksponatlara baxmaq , insana əslində zamanın nisbi olduğunu, bütün həyatın bizə nəfəs aldıran anlardan ibarət olduğunu xatırladır.
Məsumiyyət MuzeyiOrhan Pamuk · Qanun Nəşriyyatı · 201460,4bin okunma
·
30 Gösterim
Yorumlar
Lütfen giriş yapınız.