Gönderi

10/10
·248 syf.··
2026 3. kitabı
·
6 günde okudu
·
Okunma: 20 Ocak 2026 18:00
KitabTopya Təhlil 19 yaşında cəmi 19 günə bu cür möhtəşəm bir kitab ərsəyə gətirmək asan deyil və Vüsal Kamil bunu yüksək səviyyədə bacarıb. Roman janrında olan kitabda həm detektivlik, həm də dram elementləri var və mənə görə, eyni zamanda maarifləndirici tərəfi də diqqət çəkir. Kitabın mövzusu həyatında hər şey yolunda gedən Ümmanın qəfil aldığı bəd xəbərlə — cüzam xəstəliyinə tutulması ilə başlayır. Təsəvvür edin, arzularınız, planlarınız, sevdiyiniz insanla qurmaq istədiyiniz gələcək var və bir anda hər şey yarımçıq qalır. Cəmiyyət tərəfindən təcrid olunaraq Umbakıda yerləşən Cüzam xəstəxanasına göndərilirsiniz. Hadisələr Bakı, Gəncə və Umbakı arasında cərəyan edir ki, bu da romana dinamiklik qatır. Kitab son dərəcə axıcı və maraqlıdır. Qatili tapa bilməyimə baxmayaraq, oxuma həvəsim heç azalmadı. Yazıçının dediyi “Mən qatili gizlədib oxucunu romanda saxlamaq istəmədim” fikrindən sonra bu nüans mənə daha məntiqli gəldi. Çünki bu romanda maraq təkcə qatilin kim olması deyil, hadisələrin özüdür. Zamanım olsaydı, bir günə rahatlıqla bitirərdim. Məni ən çox sarsıdan məqamlardan biri cüzam xəstələrinin cəmiyyətdən necə təcrid edildiyini görmək oldu. Kitabda bir qızı Umbakıya aparmazdan əvvəl ona qəbir qazırlar ki, camaat onun öldüyünü sansın. Öz qəbrini görmək, öz ehsanını yemək… bunun nə qədər ağır olduğunu təsəvvür etmək belə çətindir. Ümumilikdə kitab mənim üçün 5/5 oldu. Axtarış səhnələri, Umbakıda baş verən hadisələr, obrazların yaşadığı daxili ağrılar — hər səhifə maraqlı və təsirlidir. Bir xəstəliyin insanı sevdiklərindən, arzularından ayırması olduqca ağır bir hissdir və Umbakıya yerləşdirilən hər kəs səssizcə ölümünü gözləməyə məhkum edilir. Bu kitab mənim ən sevdiklərim siyahısına daxil olmağa tam layiqdir. Uğurlar @vusal.kamil
Soyuq cəhənnəmVüsal Kamil · Parlaq imzalar · 027 okunma
·
11 Gösterim
Yorumlar
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.