7/10
·478 syf.··
2026 5. kitabı
·
5 günde okudu
·
Okunma: 21 Ocak 2026 00:00
Əslində, bu sadəcə 5-ci kitab üçün deyil, indiyə qədər oxuduğum bütün 5 kitab üçün ümumi bir şərhdir. Yazıçı bu kitabları yazarkən sanki hər saniyə mütləq hansısa hadisə baş verməlidir deyə düşünüb. Heç bir şəkildə, ən azı 1 chapter belə “dincələ” bilmirik. Qəhrəmanlarımız bir hadisənin öhdəsindən gəlir, digəri isə elə həmin saniyə başlayır. Bütün cənnət üzvlərinin demək olar ki, backstorysini oxumuşuq. Bu, mənfi deyil. Amma hekayəyə birbaşa qatqısı olmayan hadisələri oxumaq da bəzən həqiqətən sıxır. Ümumi axıcılıq yaxşı olsa da, Jun Wu-nun hər xırda və ya ən təhlükəli işdə hər dəfə Xie Lian-a müraciət etməsi də nə bilim… Rahat burax adamı. Hua Cheng və Xie Lian-ın münasibətlərini daha çox oxumaq istərdim. Toplasaq, 5 kitabda 1 səhifəni belə doldurmayacaq qədər momentləri var. Hekayə güclü süjet xəttinə malikdir, süjetdə güclü dönüşlər və gözlənilməz hadisələr ard-arda baş verir. Amma heç olmasa, bizə bir az istirahət vermək üçün 1 chapter bu situationship içində qalmış yazıqların da duyğularını oxuya bilsəydik ya…
Heaven Official's Blessing: Tian Guan Ci Fu (Novel) Vol. 5Mo Xiang Tong Xiu · ‎Seven Seas · 202295 okunma
·
23 Gösterim
Yorumlar
Lütfen giriş yapınız.