8/10
·412 syf.··
2026 6. kitabı
·
3 günde okudu
·
Okunma: 24 Ocak 2026 16:36
Spoiler! Və nəhayət sona yaxınlaşıram. 6-cı kitabı da bitirdim. Bu kitabın bəzi chapterləri nə qədər güclü idisə, bəziləri də eyni dərəcədə zəif qalırdı. Nəhayət, etiraf səhnəsi gəldi. Düzü, çox da gözlədiyim kimi olmadı, amma yenə də pis deyildi. Kitabın üz qabığında məhz həmin səhnənin yer alması isə çox xoş bir detal idi. Ümumilikdə bu kitab məni 3 dəfə ağlatdı. Birincisi, mağara səhnəsində Mu Qing və Feng Xin-in öldüklərini düşündüyüm an (sonradan sadəcə saxta qabıq olduqları ortaya çıxdı). İkincisi, 33 cənnət üzvünün Xie Lian-ı alçaltdığı və Mu Qingin əlindən heç nə gəlmədiyi həmin səhnə. O anda həm Xie Lian-ı, həm də Mu Qing-i çox yaxşı başa düşdüm və hər ikisinin özünə görə haqlı olduğunu düşünürəm. Üçüncüsü isə yenə Mu Qing-in Xie Lian-ın evinə kömək etmək üçün ərzaq gətirdiyi, amma qovulduğu səhnə idi. Ümumilikdə, ən sevdiyim obraz Mu Qing oldu. İkinci kitabdan etibarən onu sanki özümlə eyniləşdirirəm və bu səbəbdən onunla bağlı daha çox oxumaq istərdim. Xie Lian-ı bir növ tərk etməsini də qınamadım, qətiyyən. Çünki həmin anda verilə biləcək ən doğru qərarı verdiyini düşünürəm. Gülən–ağlayan maskalı adamın kim olduğu və arxasından necə bir hekayə çıxacağı həqiqətən çox maraqlıdır. Eyni zamanda Feng Xin-in necə yüksəldiyi mövzusu da marağımı çəkir. Altıncı kitab haqqında ümumi təəssüratım: güclü emosional anlar var, amma balans baxımından hələ də qeyri-bərabərlik hiss olunur.
Heaven Official's Blessing: Tian Guan Ci Fu (Novel) Vol. 6Mo Xiang Tong Xiu · Seven Seas · 202365 okunma
·
30 Gösterim
Yorumlar
Lütfen giriş yapınız.