Salam. Bu gün Artur Konan Doyl'un ən məşhur kitablarından olan "Baskervillərin iti" haqqında danışacam. Hekayə Baskervil malikanəsinin sahibi ser Çarlz Baskervilin müəmalı ölümü ilə başlayır və malikanənin növbəti sahibinin də həyatı naməlum səbəblərdən təhlükə altında idi. Ser Çarlzın ölümünün qətl yoxsa təbii səbəbdən baş verməsi haqqında faktlar çox az olduğundan bu müəmmanın aşkara çıxarılması məşhur dedektiv Şerlok Holmsa tapşırılır. Kitabı bir neçə saata oxuyub bitirmək mümkündür, olduqca maraqlı əsərdə. Mən vaxt azlığı səbəbindən sadəcə yolda olarkən oxuya bilirəm deyə bir neçə günə bitdi. Məni kimi həm vaxtı az olan, eyni zamanda kitab oxumaq istəyənlər üçün xüsusən tövsiyə edərəm