Gönderi

Mən Bu Cahana Sığmazam.
Zərrə mənəm, günəş mənəm, çar ilə pəncu şeş mənəm, Surəti gör bəyan ilə, çünki bəyanə sığmazam. Zat iləyəm sifat ilə, qədr iləyəm bərat ilə, Gülşəkərəm nəbat ilə, bəstə dəhanə sığmazam. Nar mənəm, şəcər mənəm, ərşə çıxan həcər mənəm, Gör bu odun zəbanəsin, mən bu zəbanə sığmazam. Şəms mənəm, qəmər mənəm, şəhd mənəm, şəkər mənəm, Ruhi-rəvan bağışlaram, ruhi-rəvanə sığmazam. Gərçi bu gün Nəsimiyəm, haşimiyəm, qureyşiyəm, Bundan uludur ayətim, ayətü şanə sığmazam. İmadəddin Nəsimi ~ Sığmazam.
Ədəbiyyat
··
83 Gösterim
Yorumlar
Lütfen giriş yapınız.