Gönderi

Deməli olduqlarımız haqqında
8/10
·383 syf.··
Beğendi
·
2026 1. kitabı
·
159 günde okudu
·
Okunma: 28 Ocak 2026 08:13
Kitab valideynlərimiz və bizə yaxın olan insanlarla bölüşmədiyimiz, onlara özəl olan sözləri vaxtımız varkən deməmiz üçün bizi təşviq edir. Xüsusilə, valideyn-övlad münasibətləri ön plandadır. Oxuyanda neçə dəfə ağladığımı heç özüm də bilmədim. Düzdür, ata obrazını canlandıran Entoni Uolşun hərəkətləri oxucu olaraq başlarda xoşuma gəlməmiş ola bilər, amma bəlkə də, bu obraz olmasaydı, mən kitabı hər oxuyanda Tomasla Culiyanın qovuşma anını beynimdə canlandıra bilməz və həyəcanlanmazdım da. Bəlkə də, bəzi şeylər çətinliklə əldə edildiyi təqdirdə qədri bilinən və dəyərli olur. Kitabda Entoninin həyat yoldaşına olan sevgisi və onun bu həyat qatarında keçdiyi yollar, üzləşdiyi çətinliklər də öz əksini tapıb. Oxuyun, mən bir az gec oxudum, amma vaxtınlz varkən oxuyun)) Xoş mütaliələr <3
1000Kitap
Bir Birimizə Demədiyimiz SözlərMarc Levy · Qanun Neşriyyat · 01,210 okunma
·
28 Gösterim
Yorumlar
Lütfen giriş yapınız.