Gönderi

Puan vermedi·128 syf.··
2026 8. kitabı
İnazo Nitobe bu kitabda, Samuray fəlsəfəsinin köklərini və indiki vəziyyətini təhlil edir. Müəllif, bu təhlillə bərabər, həmçinin oxucunu Yaponiya və onun tarixində kiçik bir gəzintiyə çıxarır. Kitab haqqında öz təəssüratlarım isə biraz məyusedicidir. Çünki kitab vəd etdiyi dərinliyi insana hiss etdirmir. Kitabda sırf “Samuray fəlsəfəsi” haqqında olan məlumatlar, gərəkəndən az idi. Kitab daha çox “Yaponiya gözəlləməsi” və “Şərq qərbdən üstündür” kimi mövzulardan və müəllifin bu məsələlərə olan rəylərindən ibarət idi. Ümumiyyətlə “Buşido” yəni, Samuray fəlsəfəsinin kodekski haqqında yazılmış bir çox kitab mövcuddur. Məncə bu kitab digərləri qədər uğurlu alınmayıb. Yenə də bu mövzuda maraqlananlar və səthi bilik əldə etmək istəyənlər İnazo Nitobe'nin “Buşido”-sunu oxuya bilər.
BuşidoInazo Nitobe · Dorlion Yayınları · 2024139 okunma
·
11 Gösterim
Yorumlar
Lütfen giriş yapınız.