·136 syf.····Okunma: 30 Ocak 2026 23:20 Lev Tolstoyun “Etiraf” əsəri yazıçının həyatın mənası ilə bağlı yaşadığı dərin daxili böhranı əks etdirir. O, bütün uğurlara sahib olsa da, yaşamağın səbəbini tapa bilmədiyini etiraf edir. Tolstoya görə, elm necə yaşadığımızı izah edir, lakin niyə yaşadığımız sualına cavab vermir. Fəlsəfə və elmdə axtardığı cavabları tapa bilməyən yazıçı, həqiqi mənanı dində görür. Buradakı din kilsə qaydalarından çox, sadəlik, təvazökarlıq, vicdanla yaşamaq, yaxşılıq etmək və başqalarına zərər verməmək anlayışıdır. Bu əsəri çox bəyəndim, çünki insanı öz həyatı və varoluşu haqqında səmimi şəkildə düşünməyə vadar edir.