Əsərin incə mesajlar verməsi əsəri daha cəzbedici edir. İnsanın öz taleyi ilə barışması və aciz qalması onun ən zəif yeri olur. İnsanlar da siçanlar kimi böyük planları və ümidləri olur lakin sonra onlar tez puça çıxır. Həyatın nə qədər çətin olduğu və insanların acı reallığı qəbul etməsi gerçəyi insanı məyus edir. Bəzən bəzi şeyləri etməklə mərhəmət etmiş oluruq. Məcburiyyətindən edilən bəzi şeylərin ən yaxşı çıxış yolu olduğunu anlayırıq. Mərhəmət bəzən məcbur qaldıqda başqa yolla da edilə bilər.