Gönderi

8/10
·328 syf.··
2026 1. kitabı
·
131 günde okudu
·
Okunma: 06 Şubat 2026 11:32
Kitabı ümumi şəkildə qiymətləndirdikdə, onu elmi-psixoloji baxımdan olduqca dəyərli və məlumatlandırıcı əsər kimi qiymətləndirmək olar. Əsər oxucuya neyropsixologiya sahəsində yeni biliklər qazandırır, eyni zamanda təqdim olunan klinik hallar oxucuda araşdırma aparmaq və məlumatları yoxlamaq marağı yaradır. Aparılan araşdırmalar nəticəsində kitabda təsvir olunan simptom və hallarının real klinik müşahidələrlə uyğunluq təşkil etdiyi aydın görünür. Bununla yanaşı, əsərin tərcüməsi müəyyən çətinliklər yaradır. Bir sıra cümlələrin sintaktik quruluşu aydın olmadığı üçün mətnin qavranılması çətinləşir, cümlələrin başlanğıcı və sonu bəzən qeyri-müəyyən qalır. Lakin bu çatışmazlıq əsərin elmi və məlumatlandırıcı dəyərini tamamilə kölgədə qoymur. Kitabda ümumilikdə 24 pasiyentin klinik hekayəsi təqdim olunur və hər bir hadisə insan beyninin fəaliyyətində baş verən nadir və qeyri-adi pozuntuları əks etdirir. Bu hallar həm elmi, həm də psixoloji baxımdan maraqlı olmaqla yanaşı, insan şüuru və qavrayış mexanizmlərinin mürəkkəbliyini açıq şəkildə nümayiş etdirir. Müəlliflə ilk tanışlığım məhz bu əsər vasitəsilə baş tutmuşdur və hesab edirəm ki, onun digər əsərləri də oxucu üçün eyni dərəcədə maraqlı və elmi baxımdan faydalı olacaqdır.
Arvadını Şlyapa Zənn Edən AdamOliver Sacks · Qədim Qala Nəşriyyatı · 20226,4bin okunma
·
10 Gösterim
Yorumlar
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.