Gönderi

Puan vermedi·136 syf.··
2026 5. kitabı
Çexov'dan oxuduğum ilk əsər.Spoiler var. Əsərdə əsasən iki personajın yollarının necəse kəsişib 6 nömrəli palataya düşməsindən söhbət gedir. İki fərqli şəxs tərəfindən bu qapının arxasında olan həyatın təsəvvürünü dinləmiş oluruq. Andrey Yefimiç həyatını o qədər də iztirablı keçirməmiş nisbətən daha sakit bir keçmişə malik olan həkimdir. İvan Dmitriviç isə daha əzablı və iztirablı yollardan keçmiş daha sonra da yolu elə məhz "dəli" kimi 6 nömrəli palataya çıxmışdır. Əsərdə mənə gülünc gələn hissələrindən biri də Dmitriviçin ora nece düşməsidir. O hissə də sanki həqiqətən də qorxub qaçdığı şey onu gəlib tapır,maraqlısıda burasındadır ki o heç bir səhv etmədiyi halda qorxuya qapılır və inanır ki onsuz da səhvsiz də olsa onu içəri sala biləcək güc var. Düzdür Dmitirviç həbsxana dustağı olmur,amma hər halda dustaq olur. Yefimiç və onun söhbətləri iki tərəfdən insanın bu dustaqlığı şərh etməsinə bağlı olur. Yefimiç düşünür ki insan içində dustaq deyil və azaddırsa bu zaman yer,məkan heçnə fərq etmir. Lakin dustaq olan Dmitriviç bununla razı deyil o nahaq yere burada olmasından gileylənir. Əsəri oxuyan zaman mən Yefimiçin fikirlərinə hədsiz qatılırdım,düşünürdüm ki o haqlı ola bilər,amma çox çəkmədi ki Dmitriviçin başına gələn Yefimiçə də oldu,sırf "dəlilərdən"biri ilə danışması onun dəli adlandırılmasına gətirib çıxardı,əsər boyu Yefimiçin yenə də hər şeyə rəğmən olanları boş verib öz fəlsəfəsinə tutunmağa çalışdığını görürük,boş-boş deyilənlər belə onu yormur,palataya belə xoşluqla yerləşir hələ də əsl dustaqlığın insanın içində olduğuna inanır. Yefimiçə fərq etmir çünki onsuz da o da,Nikitada palatadakı dəlilər də hamısı bir gün ölüb gedəcək. Palatada xəstə paltarları ilə olanda onu hər şeydən çox Dmitriviçin onu görəcəyi narahat edir və həqiqətən də bu məsələ Dmitriviçi əyləndirir,sonlara doğru sanki Yefimiç Dmitriviçi anlayır,palatadakı insanların nələr çəkdiyini və hətta bəzilərinin buna nece alışdığını görürş Yəqin ki sonda içindəki azadlıqdan da məhrum olan Yefimiç gözlərini dünyaya yumur,əsərin son iki sətiri Dmitriviçin hətta söz yoldaşının ölüm mərasimində belə iştirak etmə hüququndan necə məhrum olduğunu göstərir.
6 Nömrəli PalataAnton Çehov · Parlaq imzalar · 202287,2bin okunma
·
14 Gösterim
Yorumlar
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.