Puan vermedi·99 syf.····Okunma: 09 Şubat 2026 16:01 Bətnindəki 3 aylıq fetusa (dölə) qıya bilməyib ətə cana gəlmiş bir yaşlı körpəsinə qıyan bir bir ana..............
25 fevral 1992 ci ili dəftərində xüsusi bir tarix kimi qeyd edən Elnurə bilməzdi ki, həmin tarix onun həyatında qanlı tarix kimi yazılacaq .
Ailəsini erməni qətliamında itirən Elnurə özü də bu faciənin qurbanlarından birinə çevrilir.
Bədəni ,ruhu, uşaqlıgı aylarla əsirlikdə qaldığı müddətdə parça -parça olur.
.
Bir müddət sonra vətənə qayıdan Elnurə erməni şərəfsizindən hamilə qaldığını öyrənir.
Təhlildən kənar olsa da bu hamiləliyin sona çatdırlmamasını hər bucaqdan baxsam da doğru qəbul etmədim. Bu hamiləlik bir təcavüzdən, zorlanmadan yaranan bir vəziyyət olmaqla yanaşı , Nəsimi üçün də bir faciənin, ayrı seçkiliyin başlanğıcı olacaqdı.
.
Sonda verilmiş qərar ilk başda Nəsimi üçün verilməli bir qərar idi. Lakin yetim bir uşağın gələcəyi düşünə bilməməsi təbii idi.
.
Təcavüzə məruz qalmış heç bir qadın xor görülməməli olsa da bir çoxlarını beynindəki qurdlardan xilas etmək mümkünsüzdür.
Hələ əsirlikdən cıxıb gəlmiş , özünü kişi adlandıran "ermənilərin" --həmvətənlilərinin təhqirlərinə məruz qalmaq isə bir qadın--körpə qadın üçün çox acınacaqlı vəziyyət idi.