·264 syf.····Okunma: 09 Şubat 2026 17:42 Kitabda Dorian Qrey adlı gəncin həyatından və onun başına gələnlərdən bəhs olunur. Olduqca gözəl simaya malik olan Dorianın Basil Hallward adlı rəssam dostu onun portretini çəkir. Həyatı boyu portretdəki kimi gənc və gözəl qalmaq istəyən Dorianın arzusu gerçəkləşir və bütün hadisələr də məhz bundan sonra başlayır. Lord Henry Wotton adlı şəxslə dost olan Dorianın həyatı tamamilə dəyişir; o, həyatın yalnız zövqdən ibarət olduğunu düşünür. Gerçəkdə isə hər şey tamamilə fərqlidir.
Ümumilikdə, kitab əxlaqi dəyərlərin vacibliyi, həyatın yalnız zövqdən ibarət olmadığı və vicdan faktorunun önəmini ehtiva edir.