Uzun müddətdən sonra burada bir kitab haqqında fikirlərimi bölüşəcəm. Heç 1 saat çəkmədi oxuyub bitirməyim. Adı diqqətimi çox cəlb etmişdi. Adındakı tam izah edə bilmədiyim ürpərdici bir duyğunu əsəri oxuyarkən daha dərindən hiss etdim. Mövzusu haqqında danışmayacam, məncə, təxmin edə bilirsiniz. Təsirləndim, xüsusilə sonunun belə bitməsini gözləmirdim. Onlar üçün xoşbəxt sonluq arzu edirdim...
Bəyənmədiyim nüans duyğuların oxucuya yaxşı çatdırıla bilməməsi oldu. Oxuyarkən bizi təsirləndirən baş verənlərdir, sanki sadəcə nəql olunur: dərisini soydu, başını kəsdi, ağladı və s. Obrazın daxili dünyasına, həmin an keçirdiyi hisslərə tam hakim ola bilmirik. Yenə də yazıçının bəy olduğunu nəzərə alıb haqq vermək istəyərəm, amma bu zaman da Ílyas Əfəndiyevin yaratdığı, acısını, hisslərini qəlbimin ən dərinlərində hiss etdiyim Nuriyyə obrazını xatırlayıram...
Yenə də oxumağa dəyər. Sülh tərəfdarı olsam da mənfur erməni millətinin xalqımıza yaşatdıqları heç vaxt unudulmamalıdır... Çox maraqlı alıntılar da var idi, paylaşacam. Hətta bu il davamlı olaraq incələmə va alıntılar paylaşmağı düşünürəm.
Bir az qarışıq bir incələmə oldu. Hiss etdiklərimi yazmaq istədim sadəcə. Uzun müddət verilən fasilənin də təsiri var təbii ki. Xoş mütaliələr hər kəsə!