·992 syf.··Beğendi
···Okunma: 13 Şubat 2026 15:14 Soyuq müharibə illərinin təsiri o qədər hiss olunur ki...
Kollektivizm və fərdiyyətçilik qarşı-qarşıya...
Bir-birinə zidd xarakterdə olan iki memar - Keating və Roark var.
Keating cəmiyyətin gözləntilərinə uyğunlaşır - təhsilini uğurla başa vurur, status, var-dövlət və mövqe əldə etmək üçün hər yola əl atır, necə deyərlər, oyunu öz qaydalarına uyğun oynayır.
Roark isə, obrazın öz dili ilə desək yaradıcı insandır, yalnız özü, idealları üçün yaşayır.
Əsərdəki bütün obrazlar, hadisələr vasitəsilə Rand əslində fəlsəfəsini - obyektivizmi ifadə edir. Oxuduqca bəzi yerlərdə "bu qədər də olmaz" deyirsən, amma Randın müsahibələrinə baxdıqda anlaşılır. Sanki düşüncələrində də "orta" olanı yoxdur, hər şey "çox çoxdur". Bu da bir yandan fərdiyyətçi düşüncəni yalnız "üst insanlar" hesab olunan az bir qismə aid etdiyi mübahisəsini doğurur.
Kitabı oxumazdan əvvəl bir neçə rəyə göz gəzdirmişdim. Bir çoxu "yeniyetmələr üçün eşq kitabı" adlandırmışdı. "Nə olursa olsun öz ideallarına sadiq qalmaq, sistemə boyun əyməmək, kollektivizmin, sürünün bir parçası olmamaq" kimi fikirlərin daha çox yeniyetməlik dövründə baş qaldırdığını düşündükdə haqq verirsən bu rəylərə. Çox heyf ki bir çoxumuz sona qədər davam gətirə bilmirik. Amma Roark bir başqadır... Bəlkə də elə budur kitabı sevdirən..