10/10
·365 syf.··
Beğendi
·
2026 1. kitabı
·
7 günde okudu
·
Okunma: 08 Ocak 2026 22:39
İnanc və Elm Arasında: Ölüm Jenny Randes& Peter Hough "Digər Dünya" Jenny Randles və Peter Hough-un "Diger Dünya"adlı əsəri, ölüm sonrası həyat ideyasını fərdi inanclardan kənara çıxararaq tarixi, mədəni və fənlərarası prizmadən araşdırır. Kitabın əsas məqsədi, insanlığın niyə hər dövrdə və hər mədəniyyətdə ölümdən sonra bir varoluş düşüncəsi formalaşdırdığını anlamaqdır. Bu istiqamətdə Misir mifologiyasından hinduizmə, aborigen inanclarından səmavi dinlərə qədər geniş bir sahə nəzərdən keçirilir. Eyni zamanda Ölümə Yaxın Təcrübələr (ÖYT) və Bədəndənkənar Təcrübələr (BKT) kimi müasir fenomenlər də neyrobioloji və psixoloji izahlar nəzərə alınaraq qiymətləndirilir. Kitabda sevdiyim məqamlardan biri o idiki, hər bölmənin sonunda bizi test gözləyirik və bizi suallar ilə baş-başa qoyur. Kitab bizə “nəyə inanmalısan” demir, “necə düşünməlisən” öyrədir. Kitab başdan-başa insanların şəxsi təcrübələrini paylaşır. Biraz ürküdücü hekayələrdə vardı. Oxuduqca insan öz-özünə sual verir, bunlar sadəcə beynin oyunudur, yoxsa həqiqətən başqa bir reallığın izləri? Maraqlı kitab idi, Ölüm anlayışına daha fərqli, daha sakit və daha dərindən baxmağa başlayırsan. Hiss edirsən ki, bu sualın tək bir cavabı yoxdur və bəlkə də ən vacibi cavabı tapmaq yox, bu barədə düşünməkdir. Elə buna görə də "Digər Dünya " sadəcə paranormal hekayələr toplusu deyil, insanın varlıq, şüur və həyatın mənası haqqında öz iç dünyasına etdiyi bir səyahətdir.
Öteki DünyaJenny Randles · Say Yayınları · 19962 okunma
·
46 Gösterim
Yorumlar
Lütfen giriş yapınız.