Puan vermedi·308 syf.··
2026 13. kitabı
Yunq, Analitik Psixologiyanın banisi hesab olunur. O əsərlərində əsasən kollektiv şüur, kölgə, arxetip kimi məsələlərə toxunur. Məncə Yunqu dəyərli edən əsas amil, onun yalnızca psixologiya sahəsi ilə sərhədlənməməsidir. Biz onun əsərlərini oxuyarkən, insan ruhunun dərinliklərini, miflərin tarixini, din və digər metafizik anlayışları da görə bilirik. Hazır söz Yunq'u oxumaqdan düşmüşkən, başda mən olmaqla, bir çox insanın etdiyi səhvi vurğulamaq istəyirəm. Bir çoxumuz Yunq oxumağa, birbaşa onun ən ağır əsərlərindən ( məsələn, “Qırmızı kitab”, “Dörd arxetip” və s. ) başlayırıq. Lakin Yunq'u tanımadan, Yunqu oxuyub anlamaq, demək olar ki, mümkünsüzdür. Məhz bu anda bizim köməyimizə Yunq'un “Anılar, Düşler, Düşünceler” kitabı çatır. Çünki, Yunq bu əsərdə həm öz avtobioqrafiyasından, həm də əsərlərinin ortaya çıxmasının ardındaki səbəblərdən bəhs edir. Kitab Yunq'un uşaqlığından ölümünə kimi olan dövrü əhatə edir. Kitab irəllədikcə, biz Yunqu və onun düşüncələrini daha dərindən qavrayırıq. Məncə Yunq oxumağa başlamaq üçün, bu əsər idealdır. İsrarla tövsiyyə edirəm. ( Əlavə qeyd: normalda mən hər hansısa bir əsərdən minumum 3, maksimum 5 alıntı paylaşıram, amma Jung'dan hansını paylaşmasam, digərinə eyib olacaq deyə hamısını paylaşdım)
Anılar, Düşler, DüşüncelerCarl Gustav Jung · Can Yayınları · 20241,467 okunma
16 Gösterim
Yorumlar
Lütfen giriş yapınız.