Ays ilə bir günə bir kitab oxuma axımı zamanı 2 cı yarım hissəsini oxuduğum kitabın digər hissələrini oxumaq həvəsinə düşdüm. Və yaxşı ki, düşmüşəm.
.
Tv kanallarının birində bir serial gedir. Kitabı oxuduqca həmin hissədəki obraz və ssenarinin burdan götürüldüyünü başa düşmüş oldum. Düzünü deyim ki, həmin hissələrə görə serialı izləməyə başlamışdım.
.
Amma serialdan fərqi odur ki, burdakı qadınların ağlı başqa cür işləyir ... və bu kitabı oxuyarkən fasilə vermək istəmirsən..
.
Kitab bir cinayət hadisəsi ilə başlayıb 3 ay əvvələ qayıdır.....
İş axtarışında gənc qadın nəhayət özünə iş tapır. Bu iş həm ona özü ilə birgə sevgi də bəxş edir. Ev sahibinə vurulan qadın yavaş yavaş evin xanımına da kin güdməyə başlayır. Lakin bu dəfə sevgi qazanır.
.
Ikinci hissəni oxuyanda sevgiyə lənət oxuyacaqsız....
Hər şey göründüyü kimi olmur bəzən ... Bəzən gözlərimiz, bəzən isə tanıdıqlarımız bizi aldadır. Bu sadə bir aldanış deyil. Bu dözülməz bir işgəncədir.
.
Qısaca: Sadə bir qulluqçu, "dəli" bir ev xanımı, qüsursuz bir kişi......
.
Əslində olan ; qüsursuz heç kim yoxdur....
.
.Xoş mütaliələr.
.