Müəllif bu əsəri 1904-cü ildə Rus-Yapon müharibəsi fonunda yazıb. Əsər müharibədə ayaqlarını itirərək evə dönən bir zabitin və əsərin 2-ci hissəsi onun ölümündən sonra qardaşının gözündə, düşüncələrində müharibənin insan ruhunda yaratdığı dağıntını, çöküntünü göstərir. Bu müharibədə təkcə döyüşən insanlar yox, həm də yaralıları əməliyyat edən həkimlər də dəlilik həddinə çatır. Zabit hər yerdə qızıl qəhqəhə eşidir. Bu ifadə qanı, vəhşiliyi və dünyanın dəli olmuş istehzalı gülüşünü simvolizə edir. Dünya dəli olanda belə gülməyə başlayır.