Gönderi

10/10
·120 syf.··
Beğendi
·
2026 2. kitabı
Bu kitabı oxuyanda hadisədən çox hiss oxudum.Victor Hugo burada cinayəti yox, cəzanı sorğulayır. Məhkumun nə etdiyi demək olar ki, bilinmir. Çünki müəllif diqqəti cinayətə deyil, ölüm hökmünün insan ruhunda yaratdığı dağıntıya yönəldir.Oxuduqca ən çox məni sarsıdan şey zaman idi. Son saatların yavaş-yavaş axması… Hər saniyənin ağırlaşması… Ölümü bilə-bilə yaşamaq.İnsan həyatının bir tarixə, bir saata sıxışdırılması məni düşündürdü. Bir qərarla bir insanın bütün gələcəyinin silinməsi nə qədər ağırdır? Kitab boyu qorxu var, amma qışqıran bir qorxu deyil. Səssiz, içdən yeyən bir qorxu. Məhkumun qızı üçün hiss etdiyi sevgi isə bütün qaranlığın içində ən parlaq nöqtədir.Bu əsər mənə bunu hiss etdirdi:Bəzən ədalət adı ilə verilən qərarlar insanlığı sorğu-sual edir.Mənim üçün Bir İdam Məhkumunun Son Günü: İnsan həyatının dəyərini xatırladan sarsıdıcı bir əsərdir. Bu kitab bitəndə insan bir az susur… Çünki bəzi sualların cavabı yoxdur, amma o suallar səni dəyişir.
Alıntı
Bir İdam Mahkûmunun Son GünüVictor Hugo · Türkiye İş Bankası Kültür Yayınları · 2026152,4bin okunma
·
7 Gösterim
Yorumlar
Lütfen giriş yapınız.