·80 syf.····Okunma: 08 Mart 2026 18:24 Braziliya ədəbiyyatdan oxuduğum ilk əsərdir. Yazıçı çox gözəl satirik və yumor hissi ilə əsəri yazmışdır. Əsərdə yazıçı cəmiyyətin istəkləri ilə yoxsa öz istəkləri ilə insan yaşamalıdır deyə bir sual qoymuşdur. Əsər bir vaxtlar hörmətli is adamı olan Kinkas haqda danışır və onun birdən birə verdiyi qərar ilə keçə həyatı yaşadığı göstərilir. Lakin bunun nəticəsində ailəsi ona nifrət edir və ondan üz döndərir. Lakin Kinkas küçə yoldaşları olur və onlar tərəfindən hörmətli insan kimi qarşılanır. Bir gün onun ölüm xəbəri yayılır ailəsi onu ölüm xəbərini eşidəndə ailənin ondan qurtulmasına görə sevinirlər. Onun dəfnini normal qeyd edib basdırmaq qərarına gəlib onun meyitini gözəl geyindirib əvvəlki görünüşünə qaytarırlar. Lakin dostları sonra gəlib onun görünüşünü əvvəlki hala salır və onun istədiyi ölüm şəklini edirlər. O dənizdə ölmək istəyir. Ona görə onun ölüsünü dənizə atırlar və o xoşbəxt olur. Bu əsnada dostları sanki son günü keçirirmiş kimi canlanır meyit və dənizdə batandan sonra o xoşbəxt şəkildə ölür. Bir sözlə hekayədə cəmiyyətin qərarı ilə deyil öz azad həyatını insanın yaşamasının üstün tutulması xüsusi vurğulanır. Cəmiyyətin fikirləri kəskin şəkildə tənqid olunur. Bir sözlə cəmiyyətin insanların yaşayış tərzinə görə bir birinə hörmət qoyması və insanların baxış tərzinin yaşayış tərzinə münasibəti kəskin şəkildə tənqid olunur.