Ayça Karamanın "Qərar Ver, Planlaşdır, Hərəkətə Keç" kitabı müasir dövrdə zamanını düzgün idarə edə bilməyən hər kəs üçün mükəmməl bir bələdçidir. Müəllif bu əsərdə oxuculara sadəcə xəyal qurmağı deyil, həmin xəyalları real addımlara çevirməyin yollarını göstərir. Bu janrda kitablara yeni başlayanlar və ya başlamaq istəyən oxucular üçün bu əsər mükəmməl bir seçimdir, çünki dilinin sadəliyi və axıcılığı ilə seçilir. Paraqrafların quruluşu göz yormur, məzmun isə yalnız müəllifin fikirlərindən ibarət deyil; burada həm də oxucunu düşünməyə sövq edən maraqlı suallar yer alır.
Kitabın daxilində paylaşılan müxtəlif alim, yazar və filosofların kəlamları oxucuya əlavə ilham və motivasiya verir. Əsas qayə odur ki, ən böyük uğurlar belə kiçik və planlı addımların nəticəsində yaranır. Ertelemə vərdişindən qurtulmaq və diqqəti toplamaq üçün kitabda çox praktik məsləhətlər təqdim olunur. Xüsusilə "mükəmməllik" axtarışının bizi hərəkətdən saxladığı fikri insanda yeni bir baxış bucağı yaradır. Müəllif vurğulayır ki, qərar vermək prosesin yarısıdırsa, digər yarısı həmin qərara sadiq qalıb intizamla çalışmaqdır. Öz potensialını kəşf etmək və həyatına nizam gətirmək istəyən hər bir gənc üçün bu əsər olduqca faydalı bir vəsaitdir.