8/10
·348 syf.··
Beğendi
·
2026 6. kitabı
·
13 günde okudu
·
Okunma: 13 Mart 2026 18:07
Romanı oxuyarkən mənim diqqətimi ən çox çəkən şey Bazarovun öz hisslərinə münasibəti oldu. O, özünü nihilist adlandırır və demək olar ki, bütün dəyərləri, romantikanı və emosional bağlılıqları inkar edir. Amma əsəri oxuduqca hiss olunur ki, o əslində hisslərdən tam azad deyil. Sadəcə onları qəbul etməkdə çətinlik çəkir və hər şeyi məntiqlə izah etməyə çalışır. Mənə elə gəlir ki, onun nihilist olması həyatını bir qədər çətinləşdirir, çünki insanın təbii hisslərini tam inkar etmək mümkün deyil. Maraqlı olan başqa bir məqam isə Bazarovla Arkady Kirsanov arasındakı münasibətdir. Romanın əvvəlində onlar eyni düşüncələri bölüşürlər və bir növ birlikdə nihilizmi təmsil edirlər. Amma zaman keçdikcə aralarındakı yaxınlıq azalır. Hətta bir yerdə Bazarov Arkadiydən artıq “usandığını” deyir. Mənə görə bu dəyişiklik Arkadiyin Bazarov qədər radikal olmaması ilə bağlıdır. Arkadiy sonda daha sakit və balanslı bir həyat seçir, Bazarov isə öz ideyalarına daha sərt şəkildə bağlı qalır. Romanda ümumiyyətlə çoxlu konfliktlər var və maraqlıdır ki, onların çoxu personajların müəyyən düşüncə qəliblərinə həddindən artıq bağlı olmasından yaranır. Məsələn, Pavel Petrovich Kirsanov öz aristokratik və ənənəçi baxışlarından vaz keçə bilmir və buna görə də Bazarovla daim qarşıdurma yaşayır. Digər tərəfdən, sevgi münasibətləri də müəyyən gərginlik yaradır: Pavel Petroviçin Feneçkaya münasibəti, Odintsovanın Arkadiyə yaxınlığı və Bazarovun Odintsovaya olan hissləri müxtəlif vəziyyətlərdə konfliktlərə səbəb olur. Məncə romandakı faciə yalnız Bazarovun ölümü deyil. Əslində faciə ondadır ki, personajların çoxu öz düşüncə çərçivələrinin içində qalır və bundan kənara çıxmaqda çətinlik çəkirlər. Bazarov da bir növ öz ideologiyasının içində sıxışıb qalır. Bu isə romanı sadəcə nəsillərarası münaqişə haqqında bir hekayə yox, həm də insanın ideyaları ilə hissləri arasındakı mübarizə haqqında düşündürücü bir əsərə çevirir.
Babalar ve Oğullar (Sert Kapak)Ivan Turgenyev · Doğan Kitap · 201855,9bin okunma
·
56 Gösterim
Yorumlar
Lütfen giriş yapınız.