Gönderi

Yaşanıla bilən ən yaxşı həyat
10/10
·304 syf.··
2026 4. kitabı
·
984 günde okudu
·
Okunma: 14 Mart 2026 16:04
Diqqət yayındıran alətlərlə dolu, səs-küylü dünyamızda gördüyümüz işə tam diqqətimizi verməməyimizin həyatımızı necə dolu-dolu yaşamağımıza mane olduğunu qeyd edən yazıçı kitabın əsas qayəsi olan bu cümləni dəfələrlə nəzərimizə çatdırır: "Fokuslanmış bir həyat yaşayacam, çünki yaşanıla bilən ən yaxşı həyat budur." Kitab boyunca yazıçı bu teoriyanı sübut etmək üçün özünün və tarixdə yaşamış, hələ də yaşamaqda olan insanların həyatlarından misal gətirərək tam diqqətlə iş görmək bacarığının insana nələr qazandıra biləcəyini göstərməyə çalışır. Yazıçının ötürmək istədiyi əsas ideyanı qavrayanda o nəticəyə gəlirsən ki, nə qədər əmək bazarında süni intellekt və ya bənzəri alətlər mövcud olursa olsun, əgər insan tam diqqət iş bacarığı ilə orijinal dəyər yaradırsa, o insan heç vaxt əvəzlənə bilməyəcək. Əvəzlənəcək yeganə şəxslər özlərini səthi işlərlə məşğul edib, bir işdə dərinləşməyən, səthi fikirləşməklə qərar verilə bilən işlərdə çalışan insanlar olacaq. Kitabı oxuyarkən bir şeyin də fərqinə varmaq olur ki, tam diqqət işləmək bacarığı və bir işdə dərinləşmək sadəcə əmək bazarında yer tutmaq üçün deyil, eyni zamanda mənəvi cəhətdən tətmin olmaq və görülən işdən zövq almaq üçün də vacibdir. İndidən mənim baş ucu kitabım oldu. Şəxsi-inkişaf kitablarını çox da bəyənən biri deyiləm, lakin bu kitabdakı tövsiyə və ideyaları öz həyatıma və gördüyüm işlərə tətbiq etməyə başlayanda aradakı fərqi hiss etməmək mümkün deyil idi. Yazıçının digər kitablarını da oxumağı fikirləşirəm.
Deep WorkCal Newport · Grand Central Publishing; 1st edition · 201650 okunma
·
23 Gösterim
Yorumlar
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.