Gönderi

Güzgü
8/10
·222 syf.··
Beğendi
·
2026 11. kitabı
·
13 günde okudu
·
Okunma: 14 Mart 2026 15:22
“Uçurum İnsanları” məni dərindən təsirləndirən əsərlərdən biri oldu. Bu kitab Londona və ümumiyyətlə dünyanın ən böyük imperiyalarından birinin mərkəzinə dair düşüncələrimi tamamilə dəyişdirdi. Biz çox vaxt yoxsulluğu uzaq coğrafiyalarla, xüsusilə də Şərqlə əlaqələndirməyə öyrəşmişik. Amma bu kitab göstərir ki, ürəkdağlayan mənzərələr təkcə orada deyil – Qərbin mərkəzində də eyni dərəcədə mövcuddur. Londonun parlaq küçələrinin arxasında gizlənən qaranlıq, səfalət və ümidsizlik insanı sarsıdır. O an anlayırsan ki, yoxsulluğun ünvanı yoxdur – uçurum hər yerdə eyni dərəcədə dərindir. Bəzi səhifələr var idi ki, onları oxumayıb, bu ağır reallığı görməzliyə vurmaq istəyirdim. Amma eyni zamanda müəllifin müşahidələri, təsvirləri və bənzətmələri o qədər güclü idi ki, kitabı maraqla oxumağa davam edirdim. Cek London sadəcə gördüklərini yazmır, o, oxucunu həmin küçələrin içinə aparır. Kitabdan yadda qalan fikirlərdən biri belədir: “Uçuruma enəndə gördüm ki, insanın yoxsulluğu təkcə pulun yoxluğu deyil, həm də ümidin tükənməsidir”. Bu əsər mənim üçün sadəcə bir kitab deyil, dünyaya baxışı dəyişdirən güclü bir sosial güzgü oldu.
1000k
Uçurum İnsanlarıJack London · İletişim Yayınları · 20254,556 okunma
·
17 Gösterim
Yorumlar
Lütfen giriş yapınız.