·176 syf.··Beğendi
···Okunma: 24 Ağustos 2024 00:00 "Yüzbaşının Kızı" müasir rus ədəbiyyatının qurucularından olan Aleksandr Puşkinin Yevgeni Onegindən sonra gələn ən önəmli əsərlərindən biridir. Romandankı hadisələr 18-ci əsr Rusiyasında cərəyan edir. Əsərin baş qəhrəmanı atası istefaya çıxmış əsgər olan rus əsilzadəsi Pyotr Andreyiç Grinyovdur. O, atasının təkidi ilə hərbi xidmət üçün Rusiyanın Yaik(Ural) çayı ətrafında yerləşən Orenburq əyalətinə yola düşür. Orduya qatılan gənc əsilzadə əyalətdə xidmət göstərən Kapitan Mironovun qızı Maşaya aşiq olur. Müəllif bu, iki qəhrəman vasitəsilə saf sevgini təsvir edir. Əsər boyu qəhrəmanların üzləşdikləri çətinliklər oxucunu intizarda saxlayır. Müəllif eyni zamanda arxa fonda həmin dövrə damğasını vurmuş Puqaçov üsyanındanda bəhs edir. Puşkin bütün bunları tarixi faktlarla birlikdə çox gözəl bədii dillə oxucuya təqdim edir. Kitabı çox böyük maraqla oxudum, məndə Puşkinə qarşı heyranlıq yaratdı. Əsər bədii ədəbiyyat nümunəsi olmaqla yanaşı, 1773-1775-ci illər və ondan sonrakı qısa dövr haqqında məlumatları özündə əks etdirən mükəmməl tarixi romandır.