·175 syf.··Beğendi
···Okunma: 17 Ağustos 2024 00:00 Fyodor Mixayloviç Dostoyevski (1821-1881): İlk romanı olan "İnsancıklar" mövzusu və fərqli fantastikası ilə diqqət cəlb edib. O, insan ruhunun dərinliklərini açmaq qabiliyyətində olan yazçı kimi şöhrət qazanıb. Lakin yazçının "İnsancıklar"-dan sonra yazdığı digər əsərləri o qədər də maraqla qarşılanmadı. Dostoyevski 1849-cu ildə I Nikolayın zalım rejiminə qarşı çıxan Petraşevski qrupunun üzvü olduğu əsası ilə həbs edilir. Güllələnmək ərəfəsində cəzası sürgün və məcburi hərbi xidmətlə əvəz olundu. O, Sibir sürgünindən sonra yazdığı romanlarla yenidən şöhrət qazanıb. 1864-cü ildə “Vremya” jurnalında dərc olunan “Yeraltından notlar” özünü real dünyadan təcrid etmiş insanın daxili münaqişələri və aldanmalarından bəhs edir. Dostoyevski "Yeraltı" anlayışıyla, insanın iç dünyasında yaşa biləcəyi qarışıqlığı bütün detayları ilə gözlər önünə sərir, duyğusal dilema və gərginlikləri əks etdirir. Baş qəhrəman duyğu dünyasında hərkəsə qarşı dərin qəzəb və qırğınlıq hiss etsə də bu qəzəbdən ən böyük payı bəlkə də yenə özü alırdı. Qəhrəman duyğu dəyişiklikləri və qərarsızlığı ilə oxuculara emosional dalğalanmalar yaşadır, onları düşünməyə və sorğulamağa təşviq edir. Bu roman Dostoyevskinin sonradan yazacağı böyük romanlara ipucu verir.