Gönderi

9/10
·280 syf.··
Beğendi
·
2025 2. kitabı
·
6 günde okudu
·
Okunma: 21 Mart 2025 00:00
Franz Kafka hekayələrində bürokratiyanı özünəməxsus üslubuyla qələmə alan modernist bir yazıçıdır. Yazıçının “Milenaya Məktublar”, “Çevrilmə”, “Məhkəmə” kimi əsərləri müasiri olduğu dövrün problemlərini özündə əks etdirirdi. Maraqlısı ondadır ki, Kafkaya şöhrət gətirən bu əsərlərin çoxu yaşadığı zaman nəşr olunmayıb. Kafka ölmündən əvvəl dostuna yazdığı məktubda ona əsərlərini yandırmasını tapşırır, amma dostu Kafkanın ölümündən sonra əsərlərini toplayaraq nəşr etdirir. Kafkaya şöhrət gətirən əsərlərdən biri də “Məhkəmə”-dir. Əsər 1925-ci ildə nəşr olunub. Əsər yazılıdıqdan qısa müddət sonra dünyada vətəndaş hüquqlarının heçə sayılıdığı totalitar rejimlər qurulur. Bir çoxlarına görə Kafka burada nasist Almaniyası haqqında proqnozlar verir. Əsər absurd hüquq sisteminin sözün əsl mənasında isə hüququn olmadığı bir dünyada baş verir. Josef.K bir səhər oyanır və səbəbini belə bilmədiyi bir cinayətin günahkarı olaraq iddiham olunduğunu öyrənir. Əsər boyu oxucunu intizarda saxlayan başlıca nüans da budur. Müttəhim hansı hüquq pozuntusuna görə iddiham olunur? Ancaq Josef.K-nın yaşadığı ölkədəki hüquq sistemi günahdan daha çox günahkara əhəmiyyət verir. Müttəhimə isə günahının nə olduğu heç vaxt açıqlanmır və məhkəmə heç vaxt müsbət yekunlaşmır. “Məhkəmə” günahkar psixologiyası, ədalət, müstəqillik, sistem, insan, sistemin içindəki insan kimi anlayışları, Kafkanın çarəsizlik və ümidsizlik duyuğularıyla günahın nə olduğunu düşünmədən oxuyacağımız axıcı bir əsərdir.
DavaFranz Kafka · Tibet Yayıncılık · 202063,8bin okunma
·
15 Gösterim
Yorumlar
Lütfen giriş yapınız.