Çilidən olan yazıçı Isabel Allendenin bu əsəri onun oxuduğum ikinci romanıdır. Bu əsərdə də müəllif qəhrəmanların təxminən yarım əsri əhatə edən həyat yolundan danışır.
Hadisələr İspaniya Vətəndaş Müharibəsi dövründən başlayır və bu müharibədən əziyyət çəkən insanlar Çiliyə mühacirət edir. Əsərdə həmçinin şair Pablo Nerudanın da həyatı yer alır, o, Winnipeg adlı gəmi ilə İspaniyadan olan qaçqınları Fransa vasitəsi ilə Çiliyə aparır. Əsərdə sonrakı hadisələr Çilidə davam edir. Burada qəhrəmanlar yeni həyata başlamağa çalışsalar da Pinoçetin hakimiyyətə gəlməsi ilə nəticələnən 1973-ci il hərbi çevriliş onların həyatını yenidən dəyişir və ailə bir daha qaçqınlıq həyatı yaşamağa məcbur olur.