·376 syf.····Okunma: 22 Mart 2026 19:36 Dostoyevskinin kitabların oxuyanda biraz çətinlik çəkirəm,uzun bir müddətdən sonra güclə bitirə bilirəm.Düzdü bu bir yandan əsərlərin klassik olması,dilinin sadə olmaması ilə əlaqədardır və birdə mənim daha çox hadisələr baş verən əsərləri sevməyimlə.Bu kitabı keçən il yarıya qədər oxuyub ,vaxtım olmadığından ,yarımçıq qoymuşdum,bu il 1 həftə ərzində son 150 səhifəni oxuyub bitirdim.Kitabın sonunda bir hadisə üzə çıxır mən bunu qabaqcadan təxmin etdiyimdən,kitaba 8 xal vermək istəyirdim,amma sonda da başqa bir hadisə baş verdi,o hadisə 9 verməyim üçün əsaslı səbəb oldu.Kitabda ən çox sevdiyim obrazlar İvan və Nelli idi.İvanın bir xüsusiyyəti xoşuma gəlmədi ki,o da xəstə Nellini bəzən tək başına qoyub gedirdi Nataşanın yanına.Nataşadan zəhləm getdi,heç sevmədim o obrazı.Birdə Alyoşadan nifrət edirəm,onun danışdığı hissələri oxuduqca ağlıma türk serialındakı Volkan gəldi:"İkisinide aynı seviyorum ".Alyoşada həm Nataşanı sevdiyini deyirdi,həm də gedib Katyaya aşiq olur!?