Puan vermedi·144 syf.··
2026 8. kitabı
·
4 saatte okudu
·
Okunma: 22 Mart 2026 18:53
Salam, bu gün sizinlə Corc Oruelin "Heyvanıstan" əsəri ilə bağlı fikirlərimi bölüşmək istəyirəm. İlk öncə onu qeyd edim ki, əsərin dili çox sadədir. Əsəri həm azyaşlı uşaqlar, həm də böyüklər oxuya bilər. Uşaqlara nağıl kimi gəlsə də, böyüklər əsərdə çatdırılmaq istənilən əsl mənanı dərk edəcəkdir. Corc Oruell bu əsəri 1945-ci ildə qələmə alıb. Əsər alleqorik povestdir. Hadisələr fermada baş verir. Heyvanlar insanların zülmündən bezərək inqilab edir və fermanın idarəçiliyini ələ keçirirlər. Məqsəd bərabərlik və ədalətin hökm sürdüyü bir cəmiyyət qurmaqdır. Lakin zaman keçdikcə "Bütün heyvanlar bərabərdir" şüarı altında qurulan bu cəmiyyət qorxu və haqsızlıqlarla idarə olunmağa başlayır. Əsər qorxu ilə cəmiyyətin idarə olunması məsələsini çox real bir şəkildə qələmə almışdır. Oruell bu əsərlə birbaşa 1917-ci il Rusiya inqilabını və sonradan qurulan totalitar rejimini əks etdirmişdir. Məsələn, Napoleon Stalin obrazını, Boksyor (At) obrazı işçi sinfinin sadiqliyi və gücü, lakin həm də istismarını təmsil edir. Əsəri oxuyarkən insan boşluğa dalır. İnsan öz olduğu mühitin də bu formada ifadə edildiyini anlayır. Və bu "ədalət", "bərabərlik" adı altında sadəcə aldadılan təbəqə olduğumuzu görürük. Bir sözlə, "bütün heyvanlar bərabərdir, amma bəzi heyvanlar daha çox bərabərdir"
HeyvanıstanGeorge Orwell · Qanun Nəşriyyatı · 2013296,3bin okunma
·
10 Gösterim
Yorumlar
Lütfen giriş yapınız.