Gönderi

Puan vermedi·248 syf.··
2026 6. kitabı
·
4 günde okudu
·
Okunma: 28 Mart 2026 14:38
Xəyallardan reallığa eniş. Guy de Maupassant “Bir Həyat” Maupassant mənə görə novellanın ən güclü ustalarından biridir. O, həyatı olduğu kimi—bəzəksiz, saxtasız və bütün çılpaqlığı ilə qələmə alır. İnsan psixologiyasını çox incə və dərinliklə açır. Bu kitabda əsas obraz Jeannanın psixologiyasını əla işləyib yazıçı. Xüsusilə də oğluna olan bağlılığı, psixoanaliz cəhətdən incələməyə çox açıqdır. Evlilik kişiyə təcavüz haqqını verirmi...?! Çəhrayı xəyallar qurdurub evləndiyi xanıma cəhənnəm əzabını yaşatmaq hüququnu kim verir kişiyə...?! Əslində kitab keçmişdə yazılsada çagdaş dövrümüzdəki, bəzi münasibətləri də ehtiva edir özündə. Keçmişdən bu günə dəyişən heç nə yoxdur, əslində. Yenə xəyanətə uğrayan qadın və yenədə ailə tərəfindən bu münasibəti davam etdirməyə məcbur olan qadındır. Din hansı dərəcədə insanların həyatına müdaxilə edə bilər...?! Yaşlı rahibin gördüklərini yox sayması, insanları Tanrıya yaxınlaşdırır, ya gənc rahibin insanların qüsurlarını amansızca cəzalandırması, insanları Tanrıdan uzaqlaşdırırmı...?! Hekayənin verdiyi ən dərin mesajlardan biri budur: Necə insan olmağın genetikadan yox, necə böyüdülməyindən asılıdır. Hekayə gözlənilməz hadisələr ilə zəngindir, xüsusilə sonu daha gözlənilməz oldu mənim üçün. İnsanı daima canlı tutan ümiddir, kiçik ümid qığılcımı bəzən bir ömrə bədəldir. Bu həyat bumerangdır, etdiklərin bir gün sənə dönür, amma eyni zamanda həyat çox da acımasızdır. Heç layiq olmadığın hadisələri yaşayırsan. Maupassant burada çox incə bir mesaj verir: həyat heç vaxt tam qara və ya tam ağ deyil. Bütün ağrılara, xəyal qırıqlıqlarına baxmayaraq, insan yenə də yaşamağa davam edir. Bu kitabı bütün gənclər, xüsusilə gənc xanımlar mütləq oxumalıdır...
Bir HayatGuy de Maupassant · Cem Yayınevi · 1976275 okunma
·
39 Gösterim
Yorumlar
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.