Gönderi

6/10
·32 syf.··
2026 5. kitabı
Omelas utopiyadır. Yəni ideallaşdırılmış bir dünya hansı ki, burada indi yaşadığımız dünyada qarşılaşdığımız heç bir problemlə qarşılaşmırıq, heç bir mənfi hadisə baş vermir məs: müharibə kimi vəs, Ancaq burada bir problem var bizim bu xoşbəxtliyimizin bədəlini bir uşaq çəkir, real dünyada olmalı olan problemlərin hamısı bu uşağın başına gəlir və o yalnız şəkildə sadəcə olaraq əzablar içərisində yaşayır. Kitabın adından göründüyü kimi bəzi insanlar müəyyən yaşa çatdıqlarında bunu dərk edib öz xoşbəxtliklərinin əxlaqsız bir yaşantı olduğunu düşünerek o uşağa verilən əzabın az da olsa qarşısını almaqdan ötrü öz xoşbəxtliyindən keçərək şəhəri tərk edirlər. Bunun əksinə burada qalıb yaşamağa dəvam edən insanlar daha çoxdur. Onlar artıq bunun pis bir əməl olduğunu bilir ancaq artıq alışmışdırlar. Nümunə gətirsəm , yer kürəsində öz ehtiyaclarımız üçün tikililər tikir, enerji stansiyaları qurur, fabriklər düzəldir və s. beləliklə biz öz ehtiyaclarımızı ödəməklə yanaşı həmdə yer kürəsinə zərər vurmuş oluruq onun bizə verdiyi təbii sərvətləri mehv edirik. Omelası terk edenler isə həmən bu yer kürəsini qorumağa çalışanlardır, onu az çirkləndirən, verilənlərdən qənaətli istifadə edən, ehtiyaclarımızı daha təhlükəsiz formaya salanlar. Məs: İstilik elektirik stansiyalarında mazut , kömür və yaxud başqa yer kürəsinin gələcəyi üçün təhlükə yaradan yanacaq vasitələrindən istifadə olunur ancaq mühəndislər alternativ enerji mənbələrindən (su, güneş, külək) istifadə edərək AE stansiyalarının sayını artırır və təbiəti qorumağı da nəzərə alır. Və yaxud bəzi ölkələrdə daha az maaşa daha pis vəziyyətdə yaşayan insanlar var.Müəyyən əşyalar var hansı ki brend olan həmən bunların istehsalatı üçün lazım olan fabriklərdə işləyir bu insanlar.Onların iş rejimi ağır, çox az qazanclı, təhlükəlidir. Bizim rahatlıqla hər hansı bir brendi almağımız onların əziyyəti ilə əvəz olunur. Omelası tərk edənlər bu vasitələrdən istifadə etməyənlərdir. Bunu daha yaxşı anlamaq üçün Blood Diamond filminədə baxmaq olar , afrikada qaraderili insanlar əzab əziyyətlə işlədilir almaz tapmaq üçün və dünyanın fərqli nöqtəsində insanlar buna çox rahatca nail ola bilirlər. Sizin hərəkətiniz başqalarının həyatına təsir edir.
The Ones Who Walk Away from OmelasUrsula K. Le Guin · Creative Education · 1997274 okunma
·
41 Gösterim
Yorumlar
Lütfen giriş yapınız.