Gönderi

Sujet xətti
4/10
·16 syf.··
2026 6. kitabı
Azərbaycan dilində tapa bilmədim deyə türkcə çevirisini oxudum lakin yazı stili bədii türk terminləri ilə sıx olduğundan biraz anlamaqda çətinlik çəksəmdə əlavə mənbələrdən də kömək alaraq kitabı tam təhlil edə bildim. Sujet belə irəliləyir.Pelayo evinin həyətində qanadlı qoca adam tapır, çirkli, zəif, anlaşılmaz. İnsan kimi görünür amma qanadları var. O və yoldaşı qorxur ancaq qonşu bu mələkdir deyir. Onu toyuq hinində saxlayır və camaat gəlir, baxır, ona yemək atır, daş atır. İnsanlar anlamadıqları şeyi tez alçaldır. Pelayo giriş pulu qoyur və insanlar axın-axın gəlir möcüzə biznesə çevrilir. Daha sonra hörümçəyə çevrilmiş qadın peydə olur və onun hekayəsi aydındır, danışa bilir.İnsanlar onu üstün tutur. İzah olunan möcüzəni seçir. Qocanın vəziyyəti pisləşir hamı onu unudur lakin yavaş-yavaş düzəlir. Bir gün qoca güclənib qanadlarını açır və uçub gedir. Elisenda rahatlayır onu itirdiyinə yox ondan qurtulduğuna sevinir. İnsanlar möcüzə istəyir amma real möcüzə gələndə onu tanımır, yaxşı bir şeyin dəyərini gec anlayır. Bəzən həyatında çox dəyərli şey olur lakin sən onu adi görüb keçirsən problem möcüzənin olmaması deyil onu görməyən insanlardır. O necə bu fürsəti dəyərləndirə bilərdi? Ona pul gözü, çıxar münasibəti ilə baxmasa idi. Real həyatdada insanlar çıxar əldə edə bilmədiyi, pul qazanmayacaqları düşündükləri fürsətləri dəyərləndirmir onları qırağa atırlar. Bəlkə də atdıqları onlara bəxş olunmuş möcüzə idi
A Very Old Man with Enormous WingsGabriel Garcia Marquez · 196840 okunma
·
8 Gösterim
Yorumlar
Lütfen giriş yapınız.