Puan vermedi·134 syf.··
2026 21. kitabı
Bəzən insanların uşaq kitabları da oxumağa ehtiyacı olur. Çünki onların həm yazı üslubu sadə, həm də çatdırmaq istədiyi mesaj aydındır. “İlk Son Gün”də məhz belə kitablardan biridir. Kitabımızın baş qəhrəmanı Heyli adında balaca bir xanımdır. O yay tətilini evindən kənarda keçirir. Və burada Kevin adlı bir oğlanla dost olur. Onlar yay boyu bütün günü birgə sahildə gəzir, müxtəlif oyunlar oynayır və dadlı-dadlı dondurmalar yeyirlər. Heyli üçün bu tətil möhtəşəm keçir, lakin Yayın son gününə yaxınlaşdıqda, Heyli bu tətilin bitməyini istəmir. Çünki o evə qayıtdıqdan sonra Kevinin ondan uzaqlaşacağından və onların bir daha əsla əvvəl ki kimi ola bilməyəcəklərindən qorxur. Beləliklə o yayın son günü, otağındaki qardrobdan tapdığı köhnə boyalarla xəyalındaki yay tətlini rəsm edir və bir növ bununla qorxusunun üstəsindən gəlməyə çalışır. Bütün hadisələr də, məhz həmin rəsmi çəkdiyi günün səhərsi günü baş verir. O bir gün oyanır və təqvimə baxdıqda dünənlə tarixin eyni olduğunu görür. O ilk öncə buna inanmaq istəmir, lakin sonradan xəyalındaki arzunun gerçək olduğunu anlayır. O ilk başlarda narahat olsa da, daha sonra xoşbəxtlikdən havalara uçmağa başlayır. Çünki bu o mənaya gəlirdi ki, onun yayı əsla bitməyəcək və o Kevindən əsla ayrılmayacaq. Əsər “Eyni gündə ilişib qalma” mövzusunu bir uşağın gözündən bizlərə şərh edir. Mənim ən sevdiyim mövzu tiplərindən biridir, hətta bəlkə də bu bu mövzuda çəkilmiş bütün filmləri izləmişəm. Məncə əsərdə maraqlı idi, hər nə qədər verilmək istənən mesaj sadə olsa da, məncə hamımız həyatımızda hər hansı bir günün əsla bitməməsini ən az bir dəfə istəmişik. Bu kitabı oxuyaraq, siz o arzunuzu azda olsa reallaşdıra bilərsiz. Əsərlə bəyəndiyim nüans isə, əsərin giriş cümləsindəki Soren Kierkqard'ın bu sözləri oldu; “ Həyatı başa düşmək üçün keçmişə baxmaq lazımdır, ancaq ona davam etmək üçün ancaq irəliyə getməlisən...”
İlk Son GünDorian Cirrone · 3 Alma · 05 okunma
·
19 Gösterim
Yorumlar
Lütfen giriş yapınız.