Gönderi

7/10
·280 syf.··
2026 43. kitabı
·
25 saatte okudu
·
Okunma: 10 Nisan 2026 00:00
Şerlok Holmsun evdə olan ikinci kitabını da bitirdim və bununla da mənim üçün bu seriya tamamlandı. "Ebbi-Qreyncdə Qətl" hekayələr toplusu olduğu üçün əvvəlki kitabdakı o uzun və boğucu sıxıntı nisbətən az idi. Hekayələrin qısa olması oxunuşu bir az sürətləndirsə də, Şerlokun o məşhur "hər şeyi mən bilirəm, hər şey çox bəsitdir" tərzi yenə də ön planda idi. Bu obrazın o robotik və özündənrazı halları hələ də mənə uzaq gəlir. Kitaba adını verən hekayədə zalım bir ərin ölümündən sonra Şerlokun quru qanunları kənara qoyub vicdanı ilə qərar verməsi, bəlkə də kitabın ən yadda qalan tərəfi idi. Amma ümumilikdə götürəndə, bu hekayələr də məndə Elxan Elatlı romanlarında hiss etdiyim o dərin insani dramı və həyatın içindən gələn səmimiyyəti yarada bilmədi. Hər şey sanki bir riyaziyyat məsələsini həll etmək kimi qurulub; ruh və duyğu tərəfi mənə görə çox əskikdir. Mənim üçün detektiv sadəcə kimin öldürdüyünü tapmaq deyil, o prosesi detektivlə bərabər yaşamaq və sonda bir həyat dərsi almaqdır. Şerlokda isə ipucları oxucuya yox, sadəcə Holmsun dahi beyninə xidmət edir. Evdə olan kitabları bitirmək xatirinə oxudum və 10 üzərindən 7 bal verirəm. Şerlok seriyası ilə yolumu burada ayırıram, bir daha davam etməyi düşünmürəm. Mən yenə də öz bildiyim, o daha duyğusal və real həyat qoxulu detektiv dünyasına qayıdıram.
Sherlock Holmes Macəraları - Ebbi-Qreyncdə QətlArthur Conan Doyle · Qanun Nəşriyyatı · 2017429 okunma
12 Gösterim
Yorumlar
Lütfen giriş yapınız.