·208 syf.··Beğendi
···Okunma: 14 Nisan 2026 02:21 Bu kitabı oxuyanda yaşadığımız , içində olduğumuz bu həyata kinim daha da arttı. Sorğuladım.. Tanrının niyə dünyanı bu qədər ədalətsiz qurduğunu, niyə kasıblara kömək etmədiyini, o savaşlarda canicəsinə öldürülən insanları niyə görmədiyini, uşaqların fəryadını niyə duymadığını sorğuladım. Və sonra bu düşüncələrim üçün özümə nifrət ettim. Bilmirəm.. duyğularım qarışıqdı. Suallarım cavabsızdır. Kitab mənə həyatın nə qədər zalım olduğunu bir daha xatırlatdı. Və bu zülümlər qarşısında bizim əlimizdən bir şey gəlməməyinə, əlacsız xalqa üzüldüm. Trajedik hadisələr.. və bu hadisələrin həqiqətən var olmağı.. Kitabı oxumağı məsləhət görürəm. Gözümüzün biraz açılmağı üçün..