Gönderi

Puan vermedi·368 syf.··
2026 1. kitabı
Bu kitab Dostoyevskinin özünün dörd il boyunca yaşadığı Omsk katorqasının real təsviridir. Müəllif burada cinayətkarların, qatillərin, oğruların və siyasi məhbusların bir yerdə necə yaşadığını, bir-birinə necə nifrət etdiyini və eyni zamanda necə dayaq olduğunu göstərir. Ən çox təsirləndirən cəhət isə odur ki, Dostoyevski heç kəsi qəti şəkildə "bədheybət" kimi təqdim etmir – hər bir cinayətkarın içində belə bir insanlıq qığılcımı axtarır. "Ölü ev" əslində azadlıqdan məhrum edilmiş insanların ruh dünyasına edilən ən dərin səyahətlərdən biridir. Oxuyandan sonra insan təbiətinin nə qədər mürəkkəb olduğunu bir daha dərindən hiss edirsən.
Ölü Evdən QeydlərFyodor Dostoyevski · Qanun Nəşriyyatı, Əli və Nino Nəşriyyatı · 201318,6bin okunma
1 Gösterim
Yorumlar
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.