·400 syf.····Okunma: 19 Nisan 2026 18:20 Yarımsaatdı kitabı bitirmişəm və hələ də şokdayam. 200-cü səhifələrdə qatilin kim olduğunu "tapmışdım" və düşünürdüm ki, mütləq odur. Çünki başqa bir aspektdən baxa bilmirdim romana. Son səhifələr məni böyük şoka saldı. Kitab bir növ sonda Aqatanın əsərləri kimi eyni təsir bağışlayır. Bunun üçün müəllifə böyük bir alqış düşür. Bundan başqa istər kitabın axıcı olması, yazı dili çox əladır
Lakin, kitabda boşluqlar var. Məsələn, niyə Paul yalan dedi? Niyə Jan-Feliks Alisiyanı görməyə gəlmirdi? Ona "ehtiyatlı ol" deyəndə nəyi bilirdi və nə gizlədirdi? Sonda Alisiyanın vəziyyəti necə oldu və s.