Alex Schulman'ın “Malma Stansiyası” əsəri, müasir İsveç ədəbiyyatının ən populyar nümunələrindən biridir. Bu əsərdə əsas mövzu, nəsildən-nəsilə ötürülən tək mirasın mal və mülkiyyət deyil, həmçinin kədərdə ola biləcəyidir. Əsərdəki baş qəhrəmanımız olan Harriet'də bu mirasdan öz nəsibini alanlardandır. Əsərdəki hadisələr 3 fərqli zaman dilimində baş verir; keçmiş, indiki zaman və gələcək. Bu üç zamanı kəsişdirən şey isə Malma Stansiyasıdır. Təbii ki, bu stansiya bir metaforadır. Zamanın kəsişməsini ifadə edən bir metafora. Alex Schulman bu əsərdə, ailə daxilindəki soyuqluğu, insanların bir-birinə ən yaxın olduqları halda nə qədər uzaq ola biləcəklərini ustalıqla təsvir edir. Bəzən ünsiyyətsizlik bir ailənin ən böyük lənəti ola bilər. Harriet'in ailəsi də bu ailələrdən biridir.
Mən ümumilik də əsəri bəyəndim, amma ki, o qədər də oxunaqlı olduğunu söyləyə bilmərəm. Xüsusən əsərin yazı üslubu olduqca qarışıqdır. Bu səbəbdən siz ilk 100 səhifədə obrazları və hadisələri izləməkdə çətinlik çəkirsiz. Amma ki, səbr edib, sona kimi oxusaz, son 50 səhifədə hadisələr həllini tapacaq... Məncə bu əsər “oxumasaz da nəsə itirməzsiz” kateoqoriyasına aiddir. Bu səbəbdən oxuyub-oxumama qərarını sizlərə buraxıram...