Gönderi

10/10
·80 syf.··
2026 2. kitabı
Şeirlərin qayda-qanunu, üslub və tərzinin necə olması haqqında çox az məlumatım var. Buna görə rəyimi həvəskar bir oxucu kimi bildirirəm. Və əvvəlki təhlillərdə vurğuladığım bir misalı yenə çəkirəm. Bir nəfər gözəl birinə, "saçını azca dağılıb" desə, onu çirkin hesab etdiyindən yox, gözəl görüb, sevib, qüsursuz olmasını istədiyindən demiş olar. Mənim tənqidlərim də bu cürdür. Yoxsa ki, çox sevərək, bəzilərini isə yaşayaraq oxudum. Bəziləri sanki mənim hisslərimə tərcüman olmuşdu. Yenə də, lap azca tənqidim olacaq. Sən yağışı sevəndə - şeiri timsalında digərlərindəki bəzi nüanslara da toxunacam. Ola bilsin, şairin tamam başqa məqsədi olub və mən yalnış anlamışam. Amma "cıracam çəkilləri, unudacam, qədrimi bilmədin, əlin boş qalacaq" kimi ifadələrin, təhdid, sitəm və ya minnət olduğunu düşünürəm ki, aşiqə bunların heç niri yaraşmır. Təbii ki, yazmaq üçün dərdi olmalıdır şairin. Amma bu dərd, "sən ki məni sevmədin, mən dünəndən sevmirəm səni" tərzində dərd olmamalıdır. Məsələn Füzulinin "Füzuli, dərdinin qədrin nə bilsin hər ötən bidərd?!" Və ya "dərdə bax, dərdimin dərmanı dərdimdi mənim" Xətayinin "bir dərdim var min dərmana dəyişməm" Kimi ifadələri, həzz verən, eşqdən doğan bir dərddir. Başqa bir unutduğum şair demişdi : "Mənə arxa çevirsən, incimərəm, gülün önü arxası olmaz" Məsələn çöllərə düşən Məcnun, Kəbə pərdəsindən yapışanda "Leyla qədrimi bilmədi, rədd elədi, çöllərə düşdüm, Allahım cavabını ver" demir, "Allahım, Leylaya olan eşqimi artır ki, daha çox həzz alım" deyir. Əziz şairimiz Rəşid bəyin, başqa bir misrasına diqqət çəkim: Səni sevdim sənə görə; Sevilməmişdin deyə. Bu və bu kimi misralarda da azcana minnət hiss edirəm.) Lap ürəyimin dibindən xəbər verən başqa bir misradan da danışım. "Sənsizliyə" şeirində deyir ki, "heyf ki, ağlım kəsməyib, sən uşaqlığının üzünü güldürən mən olmamışam". Eyni fikir o qədər gəlib ki beynimə. Sevdiyim şəxslərin, tanımadıöım zamanlarda çəkdikləri dərdləri eşidəndə, həmin vaxt onları tanımamış olduğuma görə o qədər yanıb ki ürəyim. Tək qalıb, tək ağladığını deyən sonradan tanıdığım əzizlərimin ruhunun yanında olmadığıma görə o qədər danlamışam ki özümü. Hələ "paralel dünya" şeiri də lap ürəyimdən xəbər verir. Bir Allah bilir o paralel dünyadakı xoş xatirələri nə qədər xəyal edib, nə qədər yuxuda görüb, nə qədər həsrətini çəkmişəm. Sonda da nə gözəl deyir, "o dünyada birlikdəyik, amma o dünya ehtimaldı, hələ alimlər o dünyanı tapa bilmir"... Ən çox sevdiyim şeir isə "Darıxmaq" şeiri oldu. Bilsən, nəyə bənzəyir “Darıxmaq” dedikləri. Eynən bizə bənzəyir “Darıxmaq” dedikləri. Çox xoşladım bu şeiri. Bəlkə on dəfə oxuyub həzz aldım. Qətiyyən bədbin deyil. İçində xoş bir "sızlama və ümid" var. Həmişə qoşa gəzən iki dostum yəni) Şairimizi təbrik edirəm. Əhsən belə gözəl əsər yaratdığına görə. Çox şad oldum, bu əsərlərlə tanış olduğuma görə. Uğurlarınız bol olsun bəy
Və İstanbul Kimisən...Rəşid Nəsirzadə · Elm və Təhsil Nəşriyyatı · 20268 okunma
·
11 Gösterim
Yorumlar
Lütfen giriş yapınız.