Hər kəsin öz zəifliyi, tərəddüdü var və bu çox tanış gəlir. Xüsusilə də müəyyən bir yaşa çatmış şəxslər üçün qəribə hisslər yaradır. Əsər göstərir ki, insan dəyişmək istəsə dəyişə bilər, amma bu heç də asan deyil. Əsas olan sənin cəhd etməyindir. Cəhdini görən dostların da varsa, nə xoş o hala. Sadə dildə yazılsa da, düşündürdüyü mövzular kifayət qədər dərindir, məncə.